Pensiya yaşının 65-ə qaldırılmasına səs vermişdi   - 59 yaşında öldü

saytların hazırlanması

Evə çatdırılma

Pensiya yaşının 65-ə qaldırılmasına səs vermişdi - 59 yaşında öldü

Dünya

17 Sentyabr 2026 23:04 257


Rusiyanın hakim “Vahid Rusiya” partiyasından olan deputat Sergey Çepikov 59 yaşında vəfat edib.

"Yeni Sabah" xəbər verir ki, Rusiya Biatlonçular İttifaqından bildirilib ki, VII və VIII çağırış Dövlət Dumasının deputatı olan Çepikov onkoloji xəstəlik səbəbindən dünyasını dəyişib.

Sergey Çepikov həmçinin keçmiş peşəkar biatlonçu və Olimpiya çempionu kimi tanınıb. O, uzun illər Rusiyanın biatlon yığmasının heyətində çıxış edib və daha sonra siyasi fəaliyyətə başlayıb. Sezar pizza

Çepikov 2016-cı ildən Rusiya Dövlət Dumasında deputat kimi fəaliyyət göstərib.

Qeyd olunur ki, siyasətçi 2018-ci ildə Rusiyada kişilər üçün pensiya yaşının 65 yaşa qaldırılmasını nəzərdə tutan qanun layihəsinə səs verən deputatlar arasında olub./Modern.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!