Bu şəxslərə aylıq   200 manat veriləcək

saytların hazırlanması

Evə çatdırılma

Bu şəxslərə aylıq 200 manat veriləcək

Sosial

17 Sentyabr 2026 09:26 1086


Tələbə qızlar üçün nəzərdə tutulan "Parla" təqaüd və inkişaf proqramına müraciətlər başlayıb.

Bu barədə "Yeni Sabah"a Təhsilin İnkişafı Fondu və "NEQSOL Holding" tərəfindən məlumat verilib.

Proqram çərçivəsində seçiləcək 50 tələbə qıza aylıq 200 manat təqaüd veriləcək. İştirakçılar mentorluq, təlim və təcrübə imkanlarından, həmçinin "NEQSOL Academy" və "LinkedIn Learning" platformalarından yararlanacaqlar. pizza

Proqrama minimum 450 bal toplamış, ÜOMG-si 80 faizdən yuxarı olan və müəyyən edilmiş sosial meyarlara cavab verən bakalavr tələbə qızlar müraciət edə bilərlər.

Seçim onlayn müraciət, qiymətləndirmə və müsahibə mərhələlərindən ibarətdir. Yekun seçim zamanı müsahibə nəticəsi əsas götürüləcək.

Son müraciət tarixi: 4 oktyabr 2026-cı il.

Müraciət üçün: https://anket.edu.az/user/371 

Qeyd edək ki, Təhsilin İnkişafı Fondunun digər təqaüd proqramlarından yararlanmış şəxslər "Parla" proqramına müraciət edə bilməzlər.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!