İranda il ərzində dar ağacından asılanların sayı 900-ü keçdi - FOTO

saytların hazırlanması

Evə çatdırılma

İranda il ərzində dar ağacından asılanların sayı 900-ü keçdi - FOTO

Dünya

18 Sentyabr 2026 07:53 111


İranda daha üç məhbus barəsində çıxarılmış ölüm hökmü icra olunub.

“Yeni Sabah” xəbər verir ki, bu barədə “Azad İran” məlumat yayıb.

Məlumata görə, edamlar İsfahan, Kərəc və İlam şəhərlərindəki həbsxanalarda həyata keçirilib. Məhbusların narkotik vasitələrin qanunsuz dövriyyəsi və qətl ittihamları ilə məhkum edildiyi bildirilir. Dördpendirli pizza

Bununla yanaşı, İran Ali Məhkəməsi daha iki məhbusla bağlı çıxarılmış edam qərarlarını təsdiqləyib.

Bildirilib ki, ilin əvvəlindən indiyədək İranda edam edilən şəxslərin sayı 900-ü ötüb. Onların arasında siyasi və təhlükəsizlik xarakterli ittihamlarla məhkum olunan 71 nəfərin də olduğu qeyd edilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!