“Hindistanın Qucarat əyalətinin Morbi şəhərində piyada körpüsünün uçması nəticəsində ölənlərin sayı 132-yə çatıb, daha iki nəfər itkin düşmüş hesab olunur, təbii fəlakət yerində axtarış əməliyyatı başa çatmaq üzrədir”.
Yenisabah.az “Times of India”ya istinadla xəbər verir ki, bu sözləri Hindistan DİN-in Qucarat ştatı üzrə rəhbəri Harş Şanqavi deyib.
Nazirin sözlərinə görə, faktla bağlı cinayət işi başlanıb. Toyuqlu pizza
Hindistanın baş naziri Narendra Modi həlak olanların ailələrinə başsağlığı verib və hadisənin hökumət komissiyası tərəfindən araşdırılacağına söz verib.
Həlak olanların ailələrinə və zərərçəkənlərə təzminat ödəniləcəyi qeyd olunub.
Faciə oktyabrın 30-da axşam saatlarında Morbi şəhərində baş verib. 9-cu əsrin sonlarında tikilmiş piyadalar üçün nəzərdə tutulmuş asma körpü yarım illik təmirdən bir neçə gün sonra uçub.
Şahidlərin dediyinə görə, körpünün uçarkən üzərində 400-ə yaxın adam, o cümlədən uşaqlar olub.
İlkin fərziyyəyə görə, çökməyə səbəb həddindən artıq yüklənmə olub.
“Bir çoxları çaya düşüb, digərləri qoruyucu tordan yapışa bilib, sonra isə körpünün maili hissəsinə qalxıblar”, - məlumatda qeyd olunub.
Telegram kanalımız