“Atəşgah Həyat”ın sığorta ödənişləri kəskin artıb

saytların hazırlanması

Evə çatdırılma

“Atəşgah Həyat”ın sığorta ödənişləri kəskin artıb

İqtisadiyyat

25 Sentyabr 2026 14:38 75


“Atəşgah Həyat” Sığorta Şirkəti ASC 2026-cı ilin yanvar-avqust aylarının yekunlarına dair göstəricilərini açıqlayıb.

“Yeni Sabah” xəbər verir ki, hesabat dövründə şirkət tərəfindən həyata keçirilən sığorta ödənişlərinin həcmində kəskin artım qeydə alınıb. Belə ki, cari ilin ilk 8 ayında müştərilərə 80 milyon 405 min manat ödəniş edilib.

Ötən ilin analoji dövründə (2025-ci ilin yanvar-avqust ayları) bu rəqəm 42 milyon 33 min manat səviyyəsində olub. Dördpendirli pizza

Beləliklə, şirkətin sığorta ödənişləri illik müqayisədə 38 milyon 372 min manat və ya 91,3% artaraq iki dəfəyə yaxın yüksəlib.

Formanın Yuxarısı

Formanın Aşağısı


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!