ATV-dən yığılan pullarla bağlı daha bir cavab

saytların hazırlanması

Evə çatdırılma

ATV-dən yığılan pullarla bağlı daha bir cavab

Sosial

13 İyul 2022 07:59 54185


Xəstə uşaqların müalicəsi, şəhid ailələrinə qayğı, qazilərimizin sağlamlığının bərpası, bütün bu mühüm işlər dövlətin həyata keçirdiyi sosial siyasətin sayəsində mümkün olur. Cəmiyyətin vəzifəsi isə dövlətimizin bu siyasətini dəstəkləmək, imkan daxilində kömək etməkdir. 

“Yeni Sabah” xəbər verir ki, bu fikirlər ATV telekanalının “Bizimləsən” proqramında yığılan pullarla bağlı səsləndirilən iddialara cavab süjetində səsləndirilib. Cavabda bildirilir: 

“Bu baxımdan ictimai platformalar rolunu oynayan telekanallar da cəmiyyətdə həmrəylik, birlik, qarşılıqlı yardım ruhunun inkişaf etməsinə öz tövhəsini verə bilər.  Toyuqlu pizza

Bu mənada ATV telekanalı xeyriyyə kampaniyalarının uğurla aparılmasında təcrübəyə malikdir.

Bu cür kampaniyaların hər bir mərhələsi milyonlarla tamaşaçının gözü qarşısında keçirilir. Xeyriyyə kampaniyaları başlamazdan əvvəl telekanallar xəstəlik diaqnozunu və müalicə xərclərini rəsmən təsdiq edən bütün lazımi sənədlərin təqdim edilməsini tələb edir.

Müalicə üçün toplanan ianələr isə birbaşa xəstə uşaqların valideynlərinin təqdim etdiyi bank hesablarına edilir. 

Bu mövsümdə ATV-nin “Bizimləsən” verilişində həyata keçirilən yardım kampaniyalarında toplanan vəsaitin xərclənməsini əks etdirən sənədlər də nümayiş olunub”. 

Daha ətraflı süjetdə:


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Gülşən
    Ən sevdiyim,xüsusi hörmət etdiyim., dürüst,maraqlı kanaldır.Reytinqiniz həmişə yüksəkdir!!!!!Daima var olun.
    4 years ago