Sadə qəhvəni nə üçün sevirik?

saytların hazırlanması

Evə çatdırılma

Sadə qəhvəni nə üçün sevirik?

Sağlamlıq

14 Noyabr 2026 10:34 46


Kaliforniya Universitetinin (UCSF) alimləri acı dadına baxmayaraq sadə qəhvəni zamanla niyə sevdiyimizin sirrini tapıblar.

“Yeni Sabah” xarici mediaya istinadən xəbər verir ki, Nature jurnalında dərc edilən araşdırmaya görə, bu dəyişikliyin arxasında bağırsaq ilə beyin arasında işləyən dopamin mexanizmi dayanır.

Beyin, kofein qəbul edildikdən sonra bağırsaqlardan gələn siqnallarla bazolateral amiqdala (BLA) bölgəsində dopamin ifrazını artırır. Bu proses qəhvənin dadını təsir ilə əlaqələndirərək zamanla həmin dada qarşı sevgi inkişaf etdirir. Online shopping Azərbaycan

Həm siçanlar, həm də insanlarda aparılan tədqiqatlar bu mexanizmin qida vərdişlərimizi necə formalaşdırdığını göstərib. Gələcəkdə bu sistemin daha yaxşı anlaşılması insanların qida seçimlərini dəyişdirmək üçün yeni üsulların yaranmasına yol aça bilər.

Cəlalə Cəlalqızı 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!