Avtobusdan istifadə edən şəxslər BUNU BİLMƏLİDİR -   VACİB QAYDA

saytların hazırlanması

Evə çatdırılma

Avtobusdan istifadə edən şəxslər BUNU BİLMƏLİDİR - VACİB QAYDA

Sosial

10 Sentyabr 2026 11:26 95


Gəncədə “BakuBus” avtobuslarında əşyalarını unudan sərnişinlərin şirkətə necə müraciət edə biləcəyi açıqlanıb.

“Yeni Sabah” xəbər verir ki, bu barədə Gəncə Şəhər İcra Hakimiyyəti məlumat yayıb.

Bildirilib ki, “BakuBus” MMC-nin istismarında olan avtobuslarda sərnişinlərə məxsus hər hansı əşyanın itirilməsi və ya avtobusda unudulması halında vətəndaşlar şirkətə müxtəlif kanallar vasitəsilə müraciət edə bilərlər. Marqarita pizza

Belə ki, bununla bağlı müraciətlər “BakuBus” MMC-nin 141 Çağrı mərkəzi, rəsmi sosial media kanalları, eləcə də info@bakubus.az elektron poçt ünvanı vasitəsilə qəbul olunur.

Müraciətin araşdırılması üçün əşya sahibinin adı və soyadı, itirilmiş əşyanın ətraflı təsviri, əşyanın itirildiyi marşrut xəttinin nömrəsi, avtobusun dövlət qeydiyyat nişanı və ya eyniləşdirmə nömrəsi, həmçinin hadisənin təxmini baş verdiyi tarix və saat barədə məlumatların təqdim edilməsi xahiş olunur. Qeyd olunan məlumatlar əsasında araşdırma aparılır və nəticə barədə müraciət edən şəxsə məlumat verilir.

Qeyd edək ki, bu prosedur yalnız Gəncədə deyil, “BakuBus” MMC-nin sərnişindaşıma fəaliyyəti həyata keçirdiyi Bakı, Naxçıvan və Xankəndi şəhərlərində də tətbiq olunur.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!