Avtomobil sürənlər BUNU BİLMƏLİDİR: Yollarda təhlükə gözlənilir

saytların hazırlanması

Evə çatdırılma

Avtomobil sürənlər BUNU BİLMƏLİDİR: Yollarda təhlükə gözlənilir

Sosial

27 Avqust 2026 11:16 89


Baş Dövlət Yol Polisi İdarəsi avqustun 27-dən 30-dək gözlənilən küləkli və yağıntılı hava şəraiti ilə əlaqədar hərəkət iştirakçılarına xəbərdarlıq edib.

“Yeni Sabah” xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, həmin günlərdə Bakı və Abşeron yarımadasında, eləcə də ölkənin bir sıra bölgələrində küləkli və yağıntılı hava şəraiti müşahidə olunacaq. Bəzi ərazilərdə küləyin güclənəcəyi, dağlıq və dağətəyi rayonlarda leysan yağış, şimşək və dolu olacağı, çaylarda sululuğun artacağı və qısamüddətli sel keçəcəyi ehtimal edilir.

BDYPİ sürücüləri hava şəraitini nəzərə alaraq sürət həddini yol və hava şəraitinə uyğun seçməyə, ara məsafəsini artırmağa, qəfil və sərt manevrlərdən çəkinməyə çağırıb. Pepperoni pizza

Görünüş məsafəsinin məhdudlaşdığı hallarda işıq cihazlarından düzgün istifadə olunmalı, su basmış və sel təhlükəsi olan yollarda riskli hərəkətlərə yol verilməməlidir.

Güclü külək zamanı qoşqulu, tentli və uzunölçülü yük avtomobillərinin sürücülərinə xüsusi diqqətli olmaq, yükün etibarlı bərkidilməsini və nəqliyyat vasitəsinin dayanıqlılığını təmin etmək tövsiyə edilib.

Piyadalara da yağıntı və külək səbəbindən görmə imkanlarının məhdudlaşa biləcəyini nəzərə almaq, yolu yalnız müəyyən edilmiş yerlərdən və təhlükəsizliyə əmin olduqdan sonra keçmək tövsiyə olunur.

BDYPİ bütün hərəkət iştirakçılarını dəyişkən hava şəraitində diqqətli və məsuliyyətli olmağa çağırıb.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!