“Axırıncı dəfə 3-cü sinifdə inanmışam” –   Rəqsanə

saytların hazırlanması

Evə çatdırılma

“Axırıncı dəfə 3-cü sinifdə inanmışam” – Rəqsanə

Şou

12 İyul 2019 07:50 1281


Müğənni Rəqsanə İsmayılova ilə Təranə Səmədova arasında qalmaqal daha da alovlanıb. Təranə Səmədova ötən gün sənətçinin özü və ailəsi ilə bağlı ağır iddialar səsləndirmişdi. 

“Yeni Sabah” xəbər verir ki, Rəqsanənin bu ittihamlara cavabı gecikməyib və o “İnstagram” hesabından paylaşım edərək yazıb:

“Deyəcəyimi dedim, bundan sonra demək yox, hərəkətimi göstərəcəm. Hazırda isə ailəmlə bərabər “Moskva göz yaşlarına inanmır” filminə baxıram və başa düşürəm ki, axırıncı dəfə saxta göz yaşlarına 3-cü sinifdə inanmışam.  pizza

Ümumiyyətlə, inanmaq hissini çoxdan unutmuşam. Heç kimə inanmayın, yalançı, təhlükəli, uşaqların belə taleyi ilə oynayan insanlara heç inanmayın. İnsan başına gələnlərdən nəticə çıxartmalıdır. Amma görünür çıxartmayanlar var. Yenə də Allah bilər, nə edər. Biz Allah deyilik ki, basıb göz çıxardaq. Yaşayarıq, görərik”.

Qeyd edək ki, Təranə Səmədova efir çıxışı zamanı bir neçə dəfə ağlayıb. 

Rəqsanə “saxta göz yaşlarına inanmıram” sözlərini işlədərkən sözlərin bir ucunun Təranə Səmədovaya toxunduğu gözdən qaçmayıb.

Əsmətxanım


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!