Aybəniz Haşımova bacısının səhhətindən danışdı

saytların hazırlanması

Evə çatdırılma

Aybəniz Haşımova bacısının səhhətindən danışdı

Şou

20 İyul 2023 11:24 1283


Xəbər verdiyimiz kimi, Xalq artisti Şahnaz Haşımovanın səhhətində problem yaranıb. 66 yaşlı xanəndə Gəncə Şəhər Birləşmiş Xəstəxanasının tabeliyində olan Abbas Səhhət adına Xəstəxanaya yerləşdirilib. 

Yenisabah.az bildirir ki, Əməkdar artist Aybəniz Haşımova bacısının səhhəti haqqında açıqlama verib. O, bacısının Gömrük hospitalına yerləşdirildiyini açıqlayıb:

"Əziz dostlar, bilirəm hamınız çox narahatsınız. Gəncə rəhbərliyi, səhiyyəsi, Mədəniyyət idarəsi bütün imkanları daxilində bacım Şahnaz xanıma hər şey etdilər. Amma vəziyyətinin daha da yaxşı olmağı üçün ailəmizin, xalqımızın çox sevdiyi Milli Məclisin deputatı, çox dəyərli həkim-kardioloq Rəşad Mahmudov müalicəsinin davamını Gömrük Hospitalında davam etdirəcək. Bacım Şahnaz Haşımovaya indiyədək göstərilən yüksək qayğı, diqqətə görə bütün ailəmiz adından çox təşəkkür edirəm".  Sezar pizza

Ş.Haşımovanın vəziyyətinin hazırda stabil olduğu bildirilir. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!