Aybəniz Haşımovadan kövrək paylaşım

saytların hazırlanması

Evə çatdırılma

Aybəniz Haşımovadan kövrək paylaşım

Şou

09 Sentyabr 2026 12:40 93


Əməkdar artist Aybəniz Haşımova mərhum həyat yoldaşı Xalid Quliyevi doğum günündə xatırlayıb.

“Yeni Sabah” xəbər verir ki, sənətçi sosial media hesabında Xalid Quliyevin fotosunu paylaşaraq onunla bağlı duyğularını ifadə edib.

Müğənni paylaşımında illər keçməsinə baxmayaraq bəzi insanların xatirəsinin yaddaşlardan silinmədiyini və ayrılığın ağrısının zamanla dəyişmədiyini vurğulayıb: pizza

“İllər öncə bu gün dünyaya gəlmişdi... Bu gün isə onu xatırlayan ürəklər var, hələ də unutmayıblar, hələ də darıxırlar. Bəzi insanlar həyatdan gedirlər, amma xatirələri ürəkdən heç vaxt getmir. Bəzi ayrılıqların isə illəri keçsə də, ağrısı dəyişmir... Səni məndən alan dünya...”.

Qeyd edək ki, Xalid Quliyev Qarabağ müharibəsində şəhid olub. Aybəniz Haşımovanın onunla nikahından Aynişan adlı qızı var.

Aydan Hacı


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!