Aysel Süleymanovaya vəzifə verildi 

saytların hazırlanması

Evə çatdırılma

Aysel Süleymanovaya vəzifə verildi 

Sosial

03 May 2024 13:32 446


“Bakcell”ə yeni ictimaiyyətlə əlaqələr və korporativ kommunikasiyalar üzrə direktor təyin edilib.

Yenisabah.az Oxu.az-a istinadən xəbər verir ki, bu vəzifə Aysel Süleymanovaya həvalə olunub.

Aysel Süleymanova “Bakcell”ə qoşulmazdan öncə Azərbaycanın milli aviadaşıyıcısı AZAL-da Kommunikasiya Direktoru və “PwC Azərbaycan” beynəlxalq konsaltinq şirkətində Marketinq və Kommunikasiya rəhbəri kimi fəaliyyət göstərib. Aysel Süleymanova eyni zamanda “AmCham Azerbaijan”da Marketinq, Kommunikasiya və Biznesin İnkişafı Komitəsinin qurucusu və sədridir.

“Bakcell” şirkəti “NEQSOL Holding”in tərkibinə daxildir.  


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!