Aytən Səfərova valideynlərə səsləndi

saytların hazırlanması

Evə çatdırılma

Aytən Səfərova valideynlərə səsləndi

Şou

22 Dekabr 2024 13:13 747


Aparıcı Aytən Səfərova bəzi valideynlərə irad bildirib.

Yenisabah.az xəbər verir ki, o, valideynlərə işin yorğunluğunu uşaqlara yansıtmamağı məsləhət görüb:

"Bizdə nə qədər problem olsa da, böyüklər heç vaxt bunu uşaqlara bildirməməlidir.  "Ay işdə yoruldum, uşaq məndən əl çək, görürsən ki, ata-ana yorulub". Bunların uşağa heç bir aidiyyatı yoxdur. Yorğunluğu ən azı yarım saat qapının arxasında saxlamaq lazımdır. Uşaqla vaxt keçirib, sonra gedib dincəlmək olar. Sonra da deyirlər ki, uşaq birtəhərdir, mənə heç nə demir. Yeniyetməlik dövründə məndən uzaqlaşır. Uşağı balacalıqdan özünə isindirmək lazımdır". pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!