AZAL-dan təcili qərar: Bakı–Naxçıvan reysləri ləğv edildi

saytların hazırlanması

Evə çatdırılma

AZAL-dan təcili qərar: Bakı–Naxçıvan reysləri ləğv edildi

İqtisadiyyat

24 İyun 2026 13:00 1215


Azərbaycan Hava Yollarının (AZAL) 24 iyun 2026-cı il tarixinə planlaşdırılan Bakı–Naxçıvan reysləri Naxçıvan aeroportunda müşahidə olunan ildırımlı hava şəraiti səbəbindən ləğv edilib.

Bu barədə “Yeni Sabah”a “Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat xidməti məlumat verib.

Sərnişinlərə mümkün dəyişikliklərlə bağlı ətraflı məlumat veriləcək və hava şəraiti sabitləşdikdən sonra uçuşlar ştat rejimdə icra edilməyə davam edəcək. pizza sifarişi

AZAL-da bütün qərarlar sərnişinlərin və ekipajın təhlükəsizliyinin təmin olunması məqsədilə qəbul edilir və beynəlxalq aviasiya təhlükəsizliyi standartlarına uyğun şəkildə həyata keçirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!