AZAL sərnişinlərə xüsusi təkliflər təqdim edir

saytların hazırlanması

Evə çatdırılma

AZAL sərnişinlərə xüsusi təkliflər təqdim edir

İqtisadiyyat

29 Sentyabr 2026 15:14 97


Azərbaycan Hava Yolları Turizm İşçiləri Günü münasibətilə sərnişinlərini Azərbaycanı daha yaxından kəşf etməyə və ölkə üzrə xüsusi təkliflərdən yararlanmağa dəvət edir.

“Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat xidmətindən “Yeni Sabah”a daxil olan xəbərə görə, 29 sentyabr – 31 dekabr 2026-cı il tarixlərində keçiriləcək kampaniya çərçivəsində sərnişinlər 2026-cı il ərzində yerinə yetirilmiş Azərbaycan Hava Yolları uçuşlarına aid minik talonlarını təqdim etməklə müxtəlif xidmətlər üzrə endirimlər əldə edə biləcəklər.

Xüsusi təkliflər Bakı və regionlarda hotellərdə gecələmə, restoran, sağlamlıq, SPA, fitnes və əyləncə xidmətlərini əhatə edir. Kampaniya həmçinin Bakı üzrə ödənişsiz şəhər avtobus turundan, oktyabrın 3-də isə bir sıra turizm məkanlarına ödənişsiz giriş imkanından yararlanmağa şərait yaradır. Dördpendirli pizza

Bu təşəbbüslə Azərbaycan Hava Yolları ölkədaxili turizmin təşviqinə töhfə verməyi və sərnişinlərinə uçuşdan sonra da əlavə imkanlar təqdim etməyi hədəfləyir.

Təkliflərdən yararlanmaq üçün fiziki minik talonu təqdim olunmalıdır. Hər minik talonundan yalnız bir dəfə istifadə etmək mümkündür və istifadədən sonra talon tərəfdaş şirkətdə saxlanılır. Elektron minik talonları qəbul edilmir.

Qeyd edək ki, təkliflərin qüvvədə olduğu tarixlər və istifadə şərtləri xidmətə görə dəyişir. Mövcudluqdan asılı olaraq müəyyən məhdudiyyətlər tətbiq oluna bilər.

Kampaniya ilə bağlı ətraflı məlumatı aşağıdakı linkə keçid edərək əldə edə bilərsiniz:

Xüsusi təkliflər | Azerbaijan Airlines


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!