“Futbol və bilet satışı sahəsində dəqiq fikir bildirmək çətindir, çünki bu, tamamilə fərqli bir sahədir. Lakin markanın nüfuzu və “Sabah” klubunun bu məsələ ilə bağlı yaşadığı çətinliklər ciddi böhran vəziyyətidir. Yerli bazarda "Qarabağ" təcrübəsindən sonra hazırda hamı üçün gözlənilməz olan bu klub Çempionlar Liqasının mərhələlərini keçməkdədir”.
Bu sözləri “Yeni Sabah”a açıqlamasında tanınmış marketoloq Müşfiq İsgəndərov deyib.
O bildirib ki, futbol marketinqində bilet satışı və ondan əvvəlki mərhələlərdə yaranan bu cür böhranlar tez bir zamanda həllini tapmalıdır: Dördpendirli pizza
“Buna görə də, klubun azarkeşləri baş verənlərdən çox ciddi şəkildə narazı qala bilərlər. Ona görə də futbol marketinqində bilet satışı və ondan əvvəlki mərhələlərdə yaranan bu cür böhranlar tez bir zamanda həllini tapmalıdır.
Məsələn, "Qarabağ" klubu bu problemi həll etmək üçün vahid bilet sistemi yaradıb və biletlər yalnız onlayn şəkildə, şəxsiyyəti təsdiq edən sənədlə satılmağa başlanılıb. Bununla da digər alış-verişlərin və qara bazarın qarşısı alınıb.
Lakin hazırda qarşıda duran bu bilet problemi də tezliklə öz həllini tapmalıdır. Əgər bu cür hallar davam edərsə, marketinq baxımından “Sabah” klubun adı üçün çox mübahisəli və çətin vəziyyət yaranacaq. Çünki bu, azarkeşlərdə narazılıq yaradan və böhrana səbəb olan bir amildir. Buna görə də məsələ texniki cəhətdən elə həll olunmalıdır ki, qara bazardan bilet satışı əsl azarkeşlərin narazılığına səbəb olmasın.
Lakin marka gözü ilə baxanda vəziyyət fərqlidir. Bir tərəfdən kütləvi satışla qazanc əldə etdiyini düşünən marka, digər tərəfdən əsl müştərilərini itirir. Bu o deməkdir ki, biz nə qazandığımızı və nə itirdiyimizi dəqiq hesablamalıyıq. Əsas məsələlərdən biri də budur”.
Marketoloq əlavə edib ki, Azərbaycanda futbolun uzunmüddətli ənənələri və yüksək loyallıq faizi hələ tam formalaşmadığı üçün azarkeşləri qorumaq xüsusilə vacibdir:
“Məsələn, 100 yeni müştəri qazanarkən kommersiya maraqlarımızı qoruyuruq, amma təxminən 2000-dən çox insanı itiririk. Azərbaycanda futbolun uzunmüddətli ənənələri və yüksək loyallıq faizi hələ tam formalaşmadığı üçün azarkeşləri qorumaq xüsusilə vacibdir. Buna görə də beynəlxalq təcrübəyə üstünlük verilməlidir. Beynəlxalq təcrübədə artıq klubun nə qədər məşhur olması deyil, onun brend standartları önəmlidir.
Yaxşı klublar yarandığı gündən bu standartları qoruyurlar. Bu standartlar qorunduqda hər şey sistemli şəkildə baş verir. Klub istənilən vaxt qiymətləri öz istədiyi kimi dəyişə bilməz. Bizdə də vahid standartlar tətbiq olunmalıdır. Biznesin inkişafı üçün insansız (avtomatlaşdırılmış) modellərə keçməliyik. İnsansız model o deməkdir ki, bilet satışı zamanı heç bir çətinliklə üzləşməyəsən. Əlində hazır sistem olmalıdır: bilet kütləvi satılanda necə olacaq, fərdi şəkildə satılanda necə olacaq? Buna görə də əsas məqsəd markalaşmaq və markanın standartlarını qorumaqdır”.
Qeyd edək ki, “Sabah” klubunun ötən gecə “Slaviya Praqa” ilə baş tutan görüşündə tribunaların xeyli hissəsinin boş olması diqqət çəkib. Biletlərin 90 faizinin satıldığı görünsə də, azarkeşlər biletləri komplekt şəkildə aldıqları üçün bu oyuna gəlməyiblər.
Nazim Hacıyev
Telegram kanalımız