“Azər Türk Bank”ın 25 faizlik payı Oman fonduna həvalə edilir

saytların hazırlanması

Evə çatdırılma

“Azər Türk Bank”ın 25 faizlik payı Oman fonduna həvalə edilir

İqtisadiyyat

25 Sentyabr 2026 15:38 89


Azərbaycan-Oman Birgə İnvestisiya Fondu “Azər Türk Bank” ASC-nin 25%-lik səhm paketinə sahib olacaq. Bu barədə iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli məlumat verib.

“Yeni Sabah” APA-ya istinadən xəbər verir ki, nazir müavini qeyd edib ki, tərəflər arasında proses hələlik ilkin razılaşma mərhələsindədir. Bildirilib ki, fondun əldə edəcəyi səhmlər səsvermə hüququna malik olmayacaq.

Sözügedən saziş Bakıda təşkil edilən Azərbaycan Beynəlxalq İnvestisiya Forumu (AIIF 2026) zamanı imzalanıb. Müqaviləyə Azərbaycan tərəfindən Azərbaycan İnvestisiya Holdinqinin icraçı direktoru əvəzi Dəyanət Sadullayev, Oman tərəfindən isə Oman İnvestisiya İdarəsinin G2G Fondları üzrə baş meneceri Saif Əl-Mahruqi imza atıblar. Dördpendirli pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!