“Azər-Türk Bank” ASC 2026-cı ilin 2-ci rübü üzrə pul vəsaitlərinin hərəkəti haqqında hesabatını açıqlayıb.
“Yeni Sabah” xəbər verir ki, bankın əməliyyat fəaliyyəti ilə əlaqədar daxil olan pul vəsaitlərinin həcmində azalma müşahid olunub. Belə ki, hesabat dövründə bu göstərici 12 594 min manat təşkil edib. Müqayisə üçün qeyd edək ki, əvvəlki hesabat dövründə sözügedən rəqəm 22 209 min manat olub.
Bununla yanaşı, daxilolmaların əsas tərkib hissəsi olan alınmış faizlər üzrə də göstəricilər aşağı düşüb. Hesabat rübündə bankın faiz gəlirləri üzrə pul daxilolmaları 70 164 min manat olub ki, bu da əvvəlki dövrün göstəricisindən (126 018 min manat) azdır. pizza mizza
Cəlalə
Telegram kanalımız