Azər Xalq artisti ilə görüşdü: “Başqa söz axtarmağa ehtiyac qalmır”

saytların hazırlanması

Evə çatdırılma

Azər Xalq artisti ilə görüşdü: “Başqa söz axtarmağa ehtiyac qalmır”

Şou

22 Sentyabr 2026 11:18 116


Azər Süleymanlı Xalq artisti Səidə Quliyeva ilə görüşüb.

“Yeni Sabah” xəbər verir ki, aparıcı görüşdən foto paylaşaraq sənətkar haqqında ürək sözlərini yazıb.

O, paylaşımında Səidə Quliyevanın yaradıcılığından, canlandırdığı obrazlardan və “Bulaq” radio-verilişindən söz açıb: Marqarita pizza

“Bəzi adların qarşısında başqa söz axtarmağa ehtiyac qalmır: Səidə Quliyeva!

Qismətdə onunla görüşmək, bir süfrə arxasında çörək kəsmək, saatlarla birlikdə vaxt keçirmək də varmış...

Bəzən insan çox şey demək istəyəndə heç nə deyə bilmir. Ən qəşəng sözü axtara-axtara susmağı seçir. O görüşdə mən də özünə heç nə deyə bilmədim – nə onu nə qədər sevdiyimi, nə ailəmizdəki “yerini”...

Onunla danışa-danışa, ona baxa-baxa beynimdə suallar bir-birini əvəz edirdi. Bir ömrə neçə qadın sığa bilər ki? Reyhan, Çiçək, Gülər, İzzət Nəfisli, Bəyim, Nastya, Firəngiz, Kərbəlayi Fatma və daha kimlər...

Bunlar sadəcə obrazlar deyil, bir neçə nəslin yaddaşında qalan, əzizinə çevrilən adlardır. Hərəsinin ayrı taleyi, ayrı səsi, ayrı baxışı vardır. Amma hamısının içindən bir nəfərin nəfəsi keçir – o böyük qadın, Xalq artisti Səidə Quliyevadır!

Bir də illərdir bulaq kimi süzülən, səsi ilə büllurlaşan, tarix olan “Bulaq” radio verilişi var. Uşaqlığımdan indiyədək bu səsin, bu çöhrənin məndə yeri başqadır.

Anam Səidə xanımın bir başqa heyranıdır. İndi düşünürəm ki, bəzi sənətkarları bizdən əvvəl analarımız sevir. Sonra onlar bizim uşaqlığımıza qarışır, vaxt gəlir, bizə anamızı xatırladır...

Bir gün tale bizi həmin sənətkarla eyni kadra salır. Sanki o an zaman da dayanır. Sonra beləcə bir kadr yaranır. Hə, bəzi kadrlar kiçik olur. Amma içinə uzun bir ömür, böyük sənət və bir ananın qədərsiz məhəbbəti sığır...”

Aydan Hacı  


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!