Azər Zeynalovun nitqi tutulub?   - Oğlu danışdı

saytların hazırlanması

Evə çatdırılma

Azər Zeynalovun nitqi tutulub? - Oğlu danışdı

Şou

07 Aprel 2021 17:03 1346


“Xalq artisti Azər Zeynalovun nitqinin tutulmasıyla bağlı xəbər yalandır”.

Yenisabah.az xəbər verir ki, bunu medicina.az -a Xalq artistinin İstanbulda yaşayan oğlu İsmayıl Zeynalov deyib.

O, bildirib ki, atası ilə hər gün danışır, səhhəti normaldır: Dördpendirli pizza

“Azər müəllim açıq ürək əməliyyatı keçirib. Hər gün onunla danışıram. Dəqiqləşməyən məlumatların yayılması bizi narahat edir. Atamın nitqində problem yoxdur. Nitqi tutulan adamla danışmaq olar?”

İ.Zeynalov əlavə edib ki, həkimlər müalicənin nəticə verdiyini bildirib: “Səhhətində irəliləyiş var. Tezliklə xəstəxanadan çıxıb, müalicə olunub, səhnəyə qayıdacaq. Yenidən sənəti ilə məşğul olacaq”.

Qeyd edək ki, bu gün kütləvi informasiya vasitələrində xalq artistinin nitqinin tutulması ilə bağlı məlumatlar yayılıb.

A.Zeynalov mart ayının 10-da infarkt keçirib. Aprelin 2-də isə Respublika Diaqnostik Mərkəzdə açıq ürək əməliyyatı keçirib .


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!