“Azərbaycan “demoqrafik quyuya” düşür” - İQTİSADÇI

saytların hazırlanması

Evə çatdırılma

“Azərbaycan “demoqrafik quyuya” düşür” - İQTİSADÇI

Sosial

04 Sentyabr 2026 14:24 42


“Azərbaycanda rəsmi olaraq 2026-cı ilin ilk 6 ayının doğuş statistikası açıqlanıb. Bu müddətdə 40 798 doğulan körpə qeydə alınıb”.   

“Yeni Sabah” xəbər verir ki, bu barədə iqtisadçı Natiq Cəfərli öz “Facebook” səhifəsində yazıb. O bildirib ki, 2026-cı ildə doğulan uşaq sayı 90 minin altında olacaq  və bu müstəqillik tarixinin ən aşağı rəqəmidir:

“DSMF-dən başqa məlumat da yayılıb: bu ilin yanvar-avqust aylarında 56 980 nəfərə uşağın anadan olmasına görə proaktiv qaydada birdəfəlik müavinət təyin olunaraq ödəniş edilib. Yəni, ilk 8 ayda doğulan uşaqların sayı, aşağı-yuxarı bu rəqəmə uyğundur. Ola bilər ki, müavinat almayanlar da var, amma, aylıq ortalama doğuş sayına baxanda, çox güman, 2026-cı ildə doğulan uşaq sayı 90 minin altında olacaq ki, bu da müstəqillik tarixinin ən aşağı rəqəmidir. pizza

Başqa bir problem də odur ki, müavinət ödənişləri 26 675 nəfər qız, 30 305 nəfər oğlan uşağına görə aparılıb. Yəni, oğlan uşaqlarının sayı 3630 nəfər çoxdur, bu selektiv abortların yenə də yüksək sayda olduğuna dəlalət edir.

Bir sözlə, Azərbaycan “demoqrafik quyuya” düşür-düşəcək. Bu gün məsələni problem kimi görüb həll yolları təklif və qəbul edə bilməsək, cəmi 10-15 ildən sonra demoqrafik böhran, təqaüd ödənişləri böhranı ilə paralel olaraq dərinləşəcək... “

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!