Teatr direktoru əməkdaşından məhkəməyə şikayət etdi

saytların hazırlanması

Evə çatdırılma

Teatr direktoru əməkdaşından məhkəməyə şikayət etdi

Şou

27 Oktyabr 2026 16:42 128


Dövlət Kukla Teatrının direktoru Rəşad Əhmədzadə teatrın əməkdaşı Aynurə Əkbərova barəsində xüsusi ittiham qaydasında məhkəməyə şikayət edib.

"Yeni Sabah" APA-ya istinadla xəbər verir ki, şikayət Abşeron rayon Məhkəməsinə təqdim edilib.

Məhkəmə xüsusi ittiham qaydasında şikayətin icraata götürülməsi barədə qərar verib. Qərara əsasən, Aynurə Əkbərova təqsirləndirilən şəxs qismində cəlb olunub. Pepperoni pizza

İttihama əsasən, teatrın menecer və layihə rəhbəri vəzifəsində əçalışan Aynurə Əkbərova direktor Rəşad Əhmədzadə barəsində kütləvi informasiya vasitələrində böhtan xarakterli məlumatlar yayıb. O, Cinayət Məcəlləsinin 147.1-ci (Böhtan, yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yayma) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!