Bu ilin yanvar-may aylarında əhalinin sayı 9287 nəfər və ya 0,1 faiz artaraq 2026-cı il iyun ayının 1-i vəziyyətinə 10 milyon 271 min 638 nəfərə çatıb.
"Yeni Sabah" Dövlət Statistika Komitəsinə istinadla xəbər verir ki, ölkə əhalisinin 54,3 faizini şəhər, 45,7 faizini kənd sakinləri, 49,8 faizini kişilər, 50,2 faizini isə qadınlar təşkil edir.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin məlumatına görə, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən iyulun 1-dək işğaldan azad olunmuş ərazilərə 37 min 248 nəfər keçmiş məcburi köçkün geri qayıdıb. Bununla da, işğaldan azad edilmiş ərazilərdə yaşayan, fəaliyyət göstərən və təhsil alan şəxslərin ümumi sayı 90 min 316 nəfər təşkil edib. Dördpendirli pizza
Telegram kanalımız