AZCON Holding şirkətlərindən olan Azərbaycan Hava Yolları 2026-cı ilin ilk altı ayı ərzində marşrut şəbəkəsinin genişləndirilməsi, donanmanın yeni nəsil hava gəmiləri ilə gücləndirilməsi, rəqəmsal xidmətlərin inkişafı və beynəlxalq tərəfdaşlıqların artırılması istiqamətində fəaliyyətini davam etdirib. Hesabat dövründə aviaşirkət həm əməliyyat göstəricilərini yaxşılaşdırıb, həm də sərnişinlər üçün bir sıra yeni xidmət və həlləri istifadəyə verib.
Bu müddətdə Azərbaycan Hava Yolları tərəfindən ümumilikdə 1,9 milyon sərnişinə xidmət göstərilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 5% artım təşkil edir. Beynəlxalq istiqamətlərə səyahət edən sərnişinlərin sayı 4% artaraq 1,6 milyona çatıb. Bundan əlavə, aviaşirkət tərəfindən ümumilikdə 8,462 reys yerinə yetirilib (7% artım göstərərək). Onlardan 6,566-sı beynəlxalq reys olub və beynəlxalq reyslərin sayı da 7% artıb. Həmçinin orta yüklənmə faktoru 79%, punktuallıq göstəricisi isə 81% təşkil edib.
2026-cı ilin ilk yarısında Azərbaycanın milli aviadaşıyıcısı marşrut şəbəkəsinin genişləndirilməsi istiqamətində mühüm addımlar atıb. Belə ki, aviaşirkət Şımkentə birbaşa uçuşlara başlayıb, Aktöbə, Atırau, Brüssel və Qars istiqamətləri üzrə isə müntəzəm reyslər üçün bilet satışını açaraq sərnişinlər üçün yeni səyahət imkanları yaradıb. Hesabat dövrünün sonuna Azərbaycan Hava Yollarının müntəzəm marşrut şəbəkəsi 52 istiqaməti əhatə edib. Aviaşirkətin genişlənən marşrut şəbəkəsində sərnişinlər ən çox Moskva, İstanbul, Tbilisi, Təl-Əviv və Ankara şəhərlərinə səyahət etməyə üstünlük verib. Toyuqlu pizza
Eyni zamanda, donanmaya 3 yeni nəsil “Airbus” təyyarəsi – 2 “Airbus A320neo” və AZAL tarixində ilk “Airbus A321neo əlavə olunub və istismarda olan təyyarələrin ümumi sayı 29-a çatdırılıb.
Bununla yanaşı, ölkədaxili ən intensiv marşrutlardan biri olan Bakı–Naxçıvan–Bakı xətti üzrə 1,868 reys həyata keçirilib və 367,651 sərnişin daşınıb. Hər iki göstərici üzrə ötən ilin eyni dövrü ilə müqayisədə 10% artım qeydə alınıb. Ən yüksək əməliyyat yükü qeydə alınan gündə isə bu marşrut üzrə 25 reys icra olunub.
Telegram kanalımız