Azərbaycan Hava Yolları “Mərkəzi Asiya və MDB-nin ən yaxşı regional aviaşirkəti” adına layiq görülüb

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan Hava Yolları “Mərkəzi Asiya və MDB-nin ən yaxşı regional aviaşirkəti” adına layiq görülüb

Turizm

18 Sentyabr 2026 17:36 124


18 sentyabr 2026-cı il, Bakı – AZCON Holding şirkətlərindən olan Azərbaycan Hava Yolları 2026-cı il “World Airline Awards” mükafatları çərçivəsində “Mərkəzi Asiya və MDB-nin ən yaxşı regional aviaşirkəti” adına layiq görülüb.

Bu barədə "Yeni Sabah"a “Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat xidmətindən məlumat verilib.

Beynəlxalq hava nəqliyyatı reytinq təşkilatı “Skytrax”ın təşkil etdiyi mərasim 18 sentyabr 2026-cı il tarixində Londondakı “The Langham” hotelində keçirilib. Dördpendirli pizza

Mükafat aviaşirkətin donanmanın modernləşdirilməsi, marşrut şəbəkəsinin genişləndirilməsi və xidmətlərin təkmilləşdirilməsi vasitəsilə sərnişin təcrübəsini yaxşılaşdırmaq istiqamətində davamlı səylərinin göstəricisidir.

“Skytrax”ın baş icraçı direktoru Edvard Pleysted bildirib: “Azərbaycan Hava Yolları Mərkəzi Asiya və MDB-də regional aviaşirkət xidmətləri sahəsində nümunəvi mövqeyini möhkəmləndirib. Bu mükafat aviaşirkətin donanmasını və marşrut şəbəkəsini genişləndirməklə, eləcə də xidmət keyfiyyətini yüksəltməklə davamlı inkişafa sadiqliyini nümayiş etdirir”.

Azərbaycan Hava Yollarının İdarə Heyətinin sədri Samir Rzayev qeyd edib: “Bu uğur hər gün fədakar əməyi ilə sərnişinlərimizin səyahət təcrübəsini formalaşdıran əməkdaşlarımıza məxsusdur. Bu həm də sərnişinlərin “Azərbaycan Hava Yolları”na göstərdiyi etimadın ifadəsidir. Yeni təyyarələrə investisiya yatırarkən, marşrut şəbəkəmizi genişləndirərkən və xidmətlərimizi təkmilləşdirərkən əsas diqqətimizi hər bir səyahəti daha təhlükəsiz, daha rahat və daha əlverişli etməyə yönəldirik. Bu mükafatı almaqdan qürur duyur və göstərilən etimadı bundan sonra da doğrultmaq üçün böyük əzmlə çalışırıq”.

Ölkənin milli aviadaşıyıcısı Azərbaycanın beynəlxalq bazarlarla əlaqələrinin qurulmasında rolunu gücləndirməyə davam edir. Aviaşirkətin inkişaf prioritetləri donanmanın yenilənməsi və marşrut şəbəkəsinin genişləndirilməsi ilə yanaşı, təyyarə göyərtəsində göstərilən xidmətlərin və rəqəmsal alətlərin təkmilləşdirilməsini də əhatə edir. Bu, sərnişinlərə daha geniş seçim imkanları və səyahətin bütün mərhələlərində daha rahat təcrübə təqdim edir.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!