Azərbaycan məktəblərinə süni intellekt gəlir

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan məktəblərinə süni intellekt gəlir

İqtisadiyyat

23 Sentyabr 2026 14:30 110


Elm və Təhsil Nazirliyi ilə dünyaca məşhur “OpenAI” şirkəti arasında təhsil sahəsində süni intellekt texnologiyalarından istifadənin genişləndirilməsini nəzərdə tutan üçillik Anlaşma Memorandumu imzalanıb.

“Yeni Sabah” xəbər verir ki, sənədə Nyu-Yorkda elm və təhsil naziri Emin Əmrullayev və “OpenAI” şirkətinin təhsil üzrə vitse-prezidenti Leah Belsky imza atıblar.

İkinci dəfə reallaşan bu strateji əməkdaşlıq çərçivəsində müəllim və şagirdlər üçün süni intellekt əsaslı tədris imkanlarının inkişaf etdirilməsi, təhsil işçiləri üçün xüsusi AI təlimlərinin təşkili və məktəblərdə süni intellektdən təhlükəsiz, eləcə də məsuliyyətli istifadəyə dair müasir yanaşmaların hazırlanması planlaşdırılır. Bundan başqa, riyaziyyat, təbiət elmləri və oxu üzrə təhsilin idarəolunması sisteminin də “OpenAI” texnologiyaları vasitəsilə təkmilləşdirilməsi nəzərdə tutulur. Dördpendirli pizza

Formanın Yuxarısı

Formanın Aşağısı


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!