Azərbaycan Özbəkistanla bu sahədə gücünü birləşdirir -   Qaliblər açıqlandı

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan Özbəkistanla bu sahədə gücünü birləşdirir - Qaliblər açıqlandı

Sosial

14 Sentyabr 2026 09:41 90


Azərbaycan–Özbəkistan birgə elmi müsabiqəsinin qalibləri müəyyənləşib.

Bu barədə "Yeni Sabah"a Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.

Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi ilə Özbəkistan Respublikasının Ali Təhsil, Elm və İnnovasiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən İnnovativ İnkişaf Agentliyinin keçirdiyi birgə beynəlxalq elmi müsabiqəyə 139 layihə təqdim olunub. pizza hut

Bildirilib ki, müsabiqənin əsas məqsədi iki ölkənin elmi-tədqiqat və ali təhsil müəssisələri arasında əməkdaşlığın genişləndirilməsi, alimlər arasında elmi əlaqələrin gücləndirilməsi və aktual elmi istiqamətlər üzrə birgə tədqiqatların dəstəklənməsidir.

Elmi və texniki ekspertizanın yekunlarına, həmçinin hər iki tərəfin ekspert qiymətləndirmələrinə əsasən 5 layihə müsabiqənin qalibi seçilib.

Qalib layihələr aşağıdakılardır:

Vanadiumun titanmaqnetit filizindən və texnogen tullantılardan çıxarılmasının kompleks emal metodlarının işlənib hazırlanması – Azərbaycan: AR ETN Kimya İnstitutu PHŞ, Özbəkistan: İslam Kərimov adına Daşkənd Dövlət Texniki Universiteti.

Günəş, külək və dizel elektrik stansiyalarının enerji yığma sistemləri ilə birlikdə kombinə olunmuş işinin optimal idarə olunması üçün alqoritmlərin hazırlanması – Azərbaycan: Sumqayıt Dövlət Universiteti, Özbəkistan: İslam Kərimov adına Daşkənd Dövlət Texniki Universiteti.

Avtonom istilik təchizatı sistemləri üçün funksional kompozit materiallar əsasında polimer günəş kollektorunun parametrlərinin işlənməsi və elmi əsaslandırılması – Azərbaycan: Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Özbəkistan: Qarşı Dövlət Texniki Universiteti.

Əlçatan mobillik – daha yaxşı şəbəkə planlaşdırılması ilə nəqliyyat sisteminin optimallaşdırılması – Azərbaycan: Azərbaycan Texniki Universiteti, Özbəkistan: Cihaz Politexnik Universiteti.

Oksidləşmiş və qarışıq mis filizlərinin emalı texnologiyasının işlənib hazırlanması – Azərbaycan: AR ETN Kimya İnstitutu PHŞ, Özbəkistan: Olmalıq Dövlət Texniki İnstitutu.

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi müsabiqənin qaliblərini və tədqiqat qruplarını təbrik edib, onlara elmi fəaliyyətlərində uğurlar arzulayıb.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!