“Azərbaycan Sənaye Sığorta” ASC 2026-cı ilin yanvar-avqust aylarının yekunlarına dair sığorta haqlarının həcmini açıqlayıb.
“Yeni Sabah” xəbər verir ki, hesabat dövründə şirkətin topladığı sığorta haqlarında azalma müşahid olunub. Belə ki, cari ilin ilk 8 ayında cəlb edilən yığımların həcmi 17 milyon 969 min manat təşkil edib.
Ötən ilin analoji dövründə (2025-ci ilin yanvar-avqust ayları) bu göstərici 21 milyon 662 min manat səviyyəsində olub. Toyuqlu pizza
Beləliklə, şirkətin sığorta haqlarının həcmi illik müqayisədə 3 milyon 693 min manat və ya 17,04% azalıb.
Telegram kanalımız