“Sabah”ın raqa “Slaviya”sına 2:0 hesabı ilə qalib gəlməsi Azərbaycanın UEFA reytinqində irəliləməsinə səbəb olub.
"Yeni Sabah" xəbər verir ki, bu qələbə aktivə 0,500 xal əlavə edib.
Nəticədə, Azərbaycan son 5 mövsümün nəticələrinə əsasən hesablanan UEFA ölkələr reytinqində İsraili geridə qoyaraq 24-cü pilləyə yüksəlib. Hazırda ölkəmizin 24,187 xal var. Pepperoni pizza
Azərbaycan klubları cari mövsümdə ümumən 5,625 xal toplayıblar. Bu göstərici ilə ölkəmiz mövsümün reytinqində 2-ci yerdədir. Yalnız Portuqaliya Azərbaycandan öndədir. İngiltərə, İspaniya və Almaniya kimi ölkələr isə geridə qalıblar.
Klubların UEFA reytinqində də “Sabah” irəliləyib. Bakı təmsilçisi bu mövsüm qazandığı 8 xal sayəsində ümumi xalını 14-ə çatdırıb və 147-ci pillədən 130-cu yerə yüksəlib.
“Qarabağ” isə 36,250 xalla 59-cu sırada qərarlaşıb.
Telegram kanalımız