Azərbaycan Ukraynanın bərpasında iştirak edəcək

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan Ukraynanın bərpasında iştirak edəcək

Sosial

14 Mart 2025 17:25 218


Azərbaycan Türkiyədə baş verən zəlzələdən sonra öz dəstəyini göstərib, müvafiq tədbirlər həyata keçirib.

Yenisabh.az xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev deyib.

O vurğulayıb ki, bu sahədə işlər Mənzil İnşaatı Dövlət Agentliyi ilə birlikdə həyata keçirilib: “Dövlət Agentliyinin xətti ilə zəlzələdən zərər çəkən ərazilərdə bir məhəllə tamamilə yenidən qurulub”.

Onun sözlərinə görə, hazırda Ukrayna ilə bağlı müəyyən layihələr hazırlanmaqdadır: “Ukraynada bərpa işləri ilə bağlı müəyyən layihələr hazırlanmaqdadır. Gələcəkdə zərurət olduqca, təbii ki, Azərbaycan digər tərəfdaş ölkələrə, dost ölkələrə dəstəyini göstərməyə, təcrübəsini bölüşməyə hazırdır”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!