“Rusiyada terror təhlükəsi riski artır” - Putin

saytların hazırlanması

Evə çatdırılma

“Rusiyada terror təhlükəsi riski artır” - Putin

Dünya

28 Aprel 2026 22:38 107


Rusiyada terror təhlükəsi riskinin artdığı bildirilir.

"Yeni Sabah" xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin 2026-cı ildə keçiriləcək seçkilərlə bağlı təhlükəsizlik məsələlərinə həsr olunmuş müşavirədə deyib.

O, Ukraynanı terror metodlarına əl atmaqda ittiham edib. Bildirib ki, Kiyev Rusiya qoşunlarının irəliləməsini dayandıra bilmədiyi və hər gün ərazi itirdiyi üçün bu üsullara əl atır. Putinin sözlərinə görə, Ukrayna və onun dəstəkçiləri açıq terror metodlarına keçiblər.

“Ukrayna öz ərazisində seçkilər keçirmir və Donbasda seçkilərin keçirilməsinin qarşısını almağa çalışacaq. Ukrayna hərbi vəziyyət bəhanəsi ilə öz seçkilərini keçirmir və Rusiyanın seçkilər keçirməsinə mane olur. Donbas və Novorossiyanın Rusiyanın bir hissəsi olmaqla bağlı tarixi hüquqlarını inkar edənlər orada səsverməni pozmağa çalışacaqlar. Rusiyanın prioriteti 2026-cı ilin sentyabrında keçiriləcək seçki prosesinin bütün iştirakçılarının təhlükəsizliyidir. Bütün həyati əhəmiyyətli xidmətlərin fasiləsiz işləməsini təmin etməliyik”, – deyə Rusiya Prezidenti vurğulayıb./APA


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!