Ceyhun Bayramov BƏƏ-nin dövlət naziri ilə görüşdü   - FOTO

saytların hazırlanması

Evə çatdırılma

Ceyhun Bayramov BƏƏ-nin dövlət naziri ilə görüşdü - FOTO

Siyasət

28 Aprel 2026 19:20 89


Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Qəbələ şəhərində Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Xarici İşlər Nazirliyinin Dövlət naziri Səid bin Mübarək Əl-Hacirinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, görüş zamanı Azərbaycan ilə BƏƏ arasında mövcud dostluq və strateji tərəfdaşlıq münasibətlərinin inkişaf perspektivləri geniş müzakirə olunub.

Tərəflər siyasi dialoqun yüksək səviyyəsini məmnunluqla qeyd edərək, iqtisadiyyat, ticarət, investisiyalar, enerji (o cümlədən bərpa olunan enerji), nəqliyyat və logistika, yüksək texnologiyalar, təhsil və s. sahələrdə əməkdaşlığın genişləndirilməsi imkanlarını nəzərdən keçiriblər.

C. Bayramov Azərbaycanın əlverişli investisiya mühiti və regionda həyata keçirilən iri infrastruktur layihələri barədə ətraflı məlumat verib, BƏƏ şirkətlərinin ölkəmizdə həyata keçirilən layihələrdə iştirakının əhəmiyyətini vurğulayıb.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Tərəflər beynəlxalq platformalarda əməkdaşlığın daha da möhkəmləndirilməsinin vacibliyini vurğulayıblar.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!