Rus komandirin   SENSASİON səs yazısı yayıldı: adamyeyən əsgərlər…

saytların hazırlanması

Evə çatdırılma

Rus komandirin SENSASİON səs yazısı yayıldı: adamyeyən əsgərlər…

Siyasət

28 Aprel 2026 20:08 795


Ukrayna hərbi kəşfiyyatı son bir il ərzində Rusiya ordusunun sıralarında ən azı beş mümkün insan əti yemə (kannibalizm) halının qeydə alındığı barədə məlumat yayıb. Moskva qoşunları arasında qida çatışmazlığı geniş yayılıb.

"Yeni Sabah" Globalinfo.az-a istiandən xəbər verir ki, bu barədə “The Sunday Times” qəzeti məlumat yayıb.

Ukrayna kəşfiyyatının məlumatına görə, bu hallara dair sübutlar rus komandirlər arasında “Telegram” mesajlaşma tətbiqində paylaşılmış səs yazıları və şəkillərdə aşkarlanıb.

“The Sunday Times” qəzetinə rus əsgərlərinin insan əti yeməsi ilə əlaqəli ən azı beş sənədləşdirilmiş hadisəyə dair material təqdim edilib.

İddialara görə, hadisələrdən birində “Xromoy” çağırış nişanlı piyada əsgər iki silahdaşını öldürdükdən sonra onlardan birinin ayağını yeməyə cəhd edərkən yaxalanıb.

2025-ci ilin noyabrında baş verən hadisə Donetsk bölgəsində yerləşən bölmənin komandiri ilə briqadanın müavini, leytenant Razikov Vladislav Abdulkalikoviç arasında aparılan səs yazıları vasitəsilə üzə çıxıb.

Komandir səs yazısında belə deyib:

“Qısaca desək, bir əsgər iki nəfəri öldürüb, onlardan birinin ayağını kəsib yeməyə çalışıb”.

Məlumata görə, iki başqa əsgər “Xromoy”u axtarmağa göndərilib və onu zirzəmidə kəsilmiş ayaqla birlikdə tapıblar”.

Qəzet yazıb ki, mütəxəssislər şəkillərin süni intellektlə hazırlanmadığını, saxtalaşdırılmadığını təsdiqləyib və onları hərbi cərraha göndərib. Cərrah isə görüntülərin döyüş yarası ilə uyğun gəlmədiyini bildirib.

“Bu, partlayış və ya qəlpə yarası kimi görünmür. Bu, iti bıçaqla kəsilmiş kimi görünür”,- cərrah vurğulayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!