İqtisadiyyat Nazirliyində Çex Respublikası ilə iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi imkanları diqqət mərkəzində olub.
“Yeni Sabah” xəbər verir ki, iqtisadiyyat nazirinin müavini Anar Axundov ölkəmizdə səfərdə olan Çexiyanın xarici işlər nazirinin müavini Mari Şatardova ilə görüşüb.
Müzakirələr zamanı enerji, nəqliyyat, əczaçılıq və texnologiya transferi sahələrində böyük əməkdaşlıq potensialının olduğu vurğulanıb. Tərəflər iki ölkə arasında iqtisadi münasibətlərin mövcud vəziyyətini dəyərləndirib, qarşılıqlı investisiyaların təşviqi, biznes dairələri arasında təmasların sıxlaşdırılması və birgə layihələrin icrası məsələlərini nəzərdən keçiriblər. Toyuqlu pizza
Həmçinin Azərbaycan və Çexiya arasında Qarışıq Komissiyanın növbəti iclasının təşkili ilə bağlı fikir mübadiləsi aparılıb.
Telegram kanalımız