Tbilisidə Gürcüstan, Ermənistan, Azərbaycan və Moldova bölmələrinin iştirakı ilə yanğınsöndürən və xilasedicilərin irimiqyaslı beynəlxalq təlimləri başlayıb.
Yenisabah.az xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.
Avropa İttifaqının dəstəyi ilə təşkil olunan təlimlər iyunun 16-dək davam edəcək. Onlar meşə yanğınları ilə mübarizənin effektiv metodlarının işlənib hazırlanmasına və böyük təbii fəlakətlər zamanı birgə tədbirlərin əlaqələndirilməsinə yönəlib.
Telegram kanalımız