Azərbaycan və Özbəkistan enerji sahəsində əməkdaşlığın yeni istiqamətlərini nəzərdən keçirir. Bu istiqamətlərdən biri Özbəkistanın daxili tələbatını qarşılamaq məqsədilə neft məhsullarının birgə istehsalıdır.
“Yeni Sabah” "Özbəkistan 24" telekanalına istinadən xəbər verir ki, bunu Özbəkistanın energetika naziri Şerzod Xocayev bildirib.
Onun sözlərinə görə, iki ölkə arasında enerji əməkdaşlığı bir neçə layihə üzrə davam edir. Hazırda əsas istiqamətlərdən biri Özbəkistanın Üstyurt yaylasında karbohidrogen yataqlarının işlənməsi və hasilatın həyata keçirilməsi ilə bağlı layihədir. Dominos pizza
Ş.Xocayev digər perspektivli layihə kimi Özbəkistanda istehsal olunan bərpa olunan enerjinin Qazaxıstanın iştirakı ilə Azərbaycan üzərindən Avropaya çatdırılmasını qeyd edib.
Nazir bildirib ki, Bakı və Daşkənd arasında müzakirə olunan digər istiqamət Özbəkistan üçün avtomobil və aviasiya yanacağı da daxil olmaqla müxtəlif neft məhsullarının birgə istehsalıdır.
Onun sözlərinə görə, Özbəkistanda istehsal edilən “yaşıl enerji”nin Azərbaycanla əməkdaşlıq çərçivəsində Avropa bazarlarına çıxarılması da böyük potensiala malikdir.
Telegram kanalımız