Azərbaycana ət idxalı artıb

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycana ət idxalı artıb

İqtisadiyyat

19 Sentyabr 2026 11:12 108


Cari ilin ilk 8 ayında Azərbaycana xarici ölkələrdən ət idxalı həm həcm, həm də dəyər ifadəsində artım nümayiş etdirib.

“Yeni Sabah” xəbər verir ki, 2026-cı ilin yanvar-avqust aylarında ölkəyə 32 min 644,46 ton ət gətirilib. İdxal olunan bu məhsulun ümumi statistik dəyəri 76 milyon 547,88 min ABŞ dolları təşkil edib. Həcm baxımından göstərici ötən ilin analoji dövrü ilə müqayisədə 0,67 % çoxdur.

Müqayisə üçün qeyd edək ki, 2025-ci ilin ilk 8 ayında ölkəyə 28 min 184,22 ton ət idxal olunmuşdu və həmin məhsulun statistik dəyəri 63 milyon 240,74 min dollar olmuşdu (2024-cü ilin müvafiq dövrünə nisbətən 0,42 % artım). Toyuqlu pizza

Beləliklə, ötən ilin müvafiq dövrü ilə müqayisədə ölkəyə gətirilən ətin həcmi 4 min 460 ton, dəyəri isə 13 milyon 307 min dollardan çox artıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!