Azərbaycana meymunçiçəyi testi gətirildi

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycana meymunçiçəyi testi gətirildi

Sosial

05 İyul 2022 10:15 676


Azərbaycan Respublikası Səhiyyə Nazirliyi meymunçiçəyi xəstəliyinin diaqnostik testlərinin alınıb ölkəyə gətirilməsi üçün ÜST-ə müraciət edib. 

Qurumdan Yenisabah.az-a verilən məlumata görə, ÜST tərəfindən 3 min diaqnostik test artıq Azərbaycana gətirilərək Səhiyyə Nazirliyinin Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzinə təhvil verilib.

Beləliklə, Azərbaycanda digər ölkələrdən gətirilmə meymunçiçəyinə şübhəli hallar qeyd edilərsə, xəstəlik hadisələrinin PZR üsulu ilə laborator diaqnostikası üçün artıq bütün imkanlar mövcuddur. pizza mizza

Qeyd edək ki, şübhəli hallar müəyyən edildikdə, xəstəliyin laborator təsdiqi mütləq şərt olacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!