Azərbaycanda 2 peşə təhsili müəssisəsi yaradılacaq.
"Yeni Sabah" xəbər verir ki, bunu Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı deyib.
Onun sözlərinə görə, bu peşə məktəbləri Türkiyə ilə əməkdaşlıq çərçivəsində yaradılacaq: Toyuqlu pizza
"Bu təhsil müəssisələrinin Bakı və Qubada açılması planlaşdırılır. Burada təhsil alan tələbələr iki diplomla təmin olunacaqlar. Həm Azərbaycan, həm də Türkiyə peşə təhsil diplomları tələbələrə təqdim olunacaq. Bu müəssisələrdə 5 ixtisas tədris olunacaq. Hazırda bu istiqamətdə hazırlıq işləri aparılır".
Telegram kanalımız