Azərbaycanda 471 min nəfər əlilliyə görə sosial ödəniş alır

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda 471 min nəfər əlilliyə görə sosial ödəniş alır

Sosial

05 May 2023 10:23 696


Bu gün ölkəmizdə 471 min nəfərdən çox şəxs əlilliyə görə sosial ödəniş alır.

Yenisabah.az xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondu məlumat yayıb.

Əlillərdən 261,5 min nəfərdən çoxu pensiya, 209,5 nəfərdən çoxu müavinət alanlardır. Prezident təqaüdü alanların sayı isə 75,7 min nəfərdən çoxdur. Marqarita pizza

Əlilliyi müəyyən edilmiş şəxslərə orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə 270, 61-80 faiz pozulmasına görə 220, 31-60 faiz pozulmasına görə 150 manat müavinət, müharibə və 1990-cı il 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərə orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə 500, 61-80 faiz pozulmasına görə 400, 31-60 faiz pozulmasına görə 330 manat, ümumi səbəblərdən əlilliyi müəyyən edilmiş şəxslərə orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə (gözdən əlilliyi olan şəxslər istisna olmaqla) 200, ümumi səbəblərdən gözdən əlilliyi müəyyən edilmiş şəxslərə orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə 300, 81-100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə qulluq edənlərə 100 manat məbləğində Prezident təqaüdü ödənilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!