Azərbaycanda 500 məktəb direktoru vəzifəsi boşdur

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda 500 məktəb direktoru vəzifəsi boşdur

Sosial

21 Dekabr 2021 11:28 820


“Artıq məktəb direktorlarının təyinatı Təhsil Nazirliyinin tabeliyinə verilir. Cənab prezidentin sərəncamı ilə ikli tabelik öz həllini tapdı”

Yenisabah.az xəbər verir ki, bu sözləri Təhsil Naziri Emin Əmrullayev cənab prezidentin təhsil sahəsində imzaladığı sərəncamla bağlı keçirdiyi brifinq zamanı deyib.

Onun sözlərinə görə, proses düzgün qurulmalıdır ki, direktorların təyinatı şəffaf olsun: pizza hut

"Daha mərkəzləşdirilmiş sistemə keçirik, bu da səmərəli şəkildə icra olunur. Əsas məsələ təyin olunan adamın peşəkarlığı və bu işin təşkilinin şəffaf olmasıdır. Direktorlar müsabiqə yolu ilə seçilirlər və görünən odur ki, iştirak edənlərin sayı azdır”.

Nazir qeyd edib ki, hazırda ölkədə 500 direktor vəzifəsi boşdur:

“Problem bacarıq və səriştə ilə əlaqəlidir. Zamanla rəqabətli əmək münasibətləri sistemi ilə məsələ həllini tapacaq". 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • RAHİM
    500 yerə İCRA. BAŞÇILARI SAVADSIZ, HÖRMƏTİ OLMAYIB, ARXASI OLANLAR TƏYİN EDİLMƏSƏ ƏLA OLAR.
    4 years ago