Azərbaycanda 92 yaşlı məşhur işə qəbul olundu

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda 92 yaşlı məşhur işə qəbul olundu

Sosial

20 Fevral 2026 09:37 1696


Tanınmış loğman, yazıçı-jurnalist Ərşad Əzimzadə “İnci” şirkətində işə qəbul olunub. “Yeni Sabah” Modern.az-a istinadla xəbər verir ki, hadisənin maraqlı tərəfi Ərşad Əzimzadənin 92 yaşında işə dəvət olunmasıdır.

Ə.Əzimzadə bununla bağlı deyib:

“Bu gün, 19 Fevral 2026-cı il tarixində, 92 il yaşında olduğum bir vaxtda, "İnci" şirkətinin prezidenti Mikayıl Yusifov məni rəsmi olaraq işə dəvət etdi və xalqımıza, dövlətimizə, vətənimizə birlikdə fayda verməyi təklif etdi. Mən bu təklifi böyük sevinclə qarşıladım və yenidən əmək fəaliyyətinə başladım. İşləyəcəyim "İzə" nəşriyyatının gənc kollektivi məni dərin hörmətlə qarşıladı. Çalışacağam ki bu etimadı layiqincə doğruldum. Mən yeni bir həyata başlayıram. Yer üzündə elə bir şirkət yoxdur ki, 92 yaşlı "qocanı" işə dəvət etsin. Bunu yalnız "İnci" şirkəti bacardı”. Pepperoni pizza

Ərşad Əzimzadə 1934-cü ildə Zəngilan rayonunun Seyidlər kəndində anadan olub. Əvvəllər jurnalist kimi fəaliyyət göstərib. O, “Azərbaycan gəncləri”, “Molodyoj Azerbaydjana”, “Bakinskiy raboçiy” və “Azərbaycan” kimi aparıcı qəzetlədə müxbir işləyib.

30 yaşdan 60 yaşacan 8 ağır xəstəlikdən əzab çəkib, 30 il dərman-terapiya müalicəsi alıb. 1995-ci ildə yapon alimi Katsudzo Nişinin Sağlamlıq Sistemini öz həyatına tətbiq edərək sağalıb.

Son 30 ildə 20-dən çox elmi-publisistik və bədii əsər yazıb. Onun sağlam həyat tərzinə aid “Möcüzəsiz möcüzə” kitabı müxtəlif dillərdə çap olunub və məşhurlaşıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!