2026-cı ilin yanvar-iyul aylarında Azərbaycanda 38,9 milyard manatlıq sənaye məhsulu istehsal edilib. Həmin göstərici ötən ilin eyni dövrü ilə müqayisədə real ifadədə 0,3 faiz çoxdur.
Yeni Sabah xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Hesabat dövründə emal sənayesində 12 milyard 943,8 milyon manatlıq məhsul istehsal olunub və sənaye xarakterli xidmətlər göstərilib. Bu sahədə illik müqayisədə 2,7 faiz artım qeydə alınıb. Dördpendirli pizza
Emal sənayesində ən yüksək artım avtomobil, qoşqu və yarımqoşquların istehsalında olub. Bu sahədə istehsal 88,4 faiz artıb.
Bundan başqa, əczaçılıq məhsullarının istehsalı 53,9 faiz, toxuculuq sənayesi 35,9 faiz, tütün məmulatlarının istehsalı 18,4 faiz, kağız və karton istehsalı 12,5 faiz, qida məhsullarının istehsalı 9,6 faiz artıb.
Metallurgiya sənayesində 9,5 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri işlərində 8,5 faiz, dəri və dəridən məmulatların, eləcə də ayaqqabıların istehsalında 8,3 faiz, elektrik avadanlıqlarının istehsalında 7,6 faiz, tikinti materiallarının istehsalında isə 7,3 faiz artım qeydə alınıb.
Aytac Əliyeva
Telegram kanalımız