Azərbaycanda Bilik Günüdür

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda Bilik Günüdür

Sosial

15 Sentyabr 2026 00:15 85


Bu gün Azərbaycanda Bilik Günü qeyd olunur.

“Yeni Sabah” xəbər verir ki, sentyabrın 15-dən ölkənin bütün təhsil müəssisələrində tədris başlayır.

Azərbaycanda yeni tədris ilində 2,2 milyon təhsilalan olacaq. pizza

2026/2027-ci tədris ilində 130 mindən çox uşaq 1-ci sinifdə təhsil alacaq.

Yeni tədris ilində ali təhsilin bütün səviyyələrinə 75 min tələbə qəbul olunub.

Elm və Təhsil Nazirliyinin ümumi təhsil müəssisələrində 2026/2027-ci tədris ilinin təşkili barədə müvafiq əmrinə əsasən, yeni tədris ilinin ilk dərsi ölkə üzrə bütün II–XI siniflərdə "Şəhərsalma və Memarlıq İli" mövzusuna həsr olunacaq.\"Report"


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!