Azərbaycanda boşanmaların sayı artıb 

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda boşanmaların sayı artıb 

Sosial

11 Oktyabr 2023 18:28 356


Əhalinin son siyahıyaalınmasının nəticəsi əsasında bu il sentyabr ayının 1-i vəziyyətinə hesablanmış əhalinin sayı 10 163 176 nəfər təşkil edib. 

Bu barədə Yenisabah.az-a Dövlət Statistika Komitəsindən məlumat verilib.

Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən cari ilin 8 ayı ərzində ölkə üzrə 75623 doğulan körpə qeydə alınıb. Bildirilib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 12,3-dən 11,2-yə enib. pizza mizza

Doğulanlar arasında oğlan uşaqlarının xüsusi çəkisi 53,3 faiz, qız uşaqlarının xüsusi çəkisi isə 46,7 faiz olub.

Doğulan körpələrdən 2288-i əkiz, 99-u üçəm, 4-ü isə dördəm olub.

Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən bu ilin yanvar-avqust aylarında 33836 nikah və 14544 boşanma halları qeydə alınıb.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı azalaraq 6,0-dan 5,0-a düşüb, boşanmaların sayı isə 1,5-dən 2,2-yə qədər artıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!