Bu il Azərbaycanda yeni doğulan 3 körpəyə Laçın adı verilib.
"Yeni Sabah" Unikal-a istinadən xəbər verir ki, son beş ildə 48 uşağa Laçın adı qoyulub.
Belə ki, 2022-ci ildə 5, 2023-cü ildə 9, 2024-cü ildə 10, 2025-ci ildə isə 9 uşağa Laçın adı verilib. pizza mizza
Qeyd edək ki, bu gün Laçın Şəhəri Günüdür. Laçın şəhəri günü Prezident İlham Əliyevin imzaladığı Sərəncama uyğun olaraq hər il 26 avqust tarixində təntənəli şəkildə qeyd edilir. Əlamətdar günün bu tarixdə qeyd olunması Azərbaycan Ordusunun Laçın şəhərində 2022-ci ilin avqustun 26-da yerləşməsi ilə əlaqədardır.
Telegram kanalımız