Azərbaycanda bu mobil operator ləğv edilir -   NÖMRƏLƏR İŞLƏMƏYƏCƏK 

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda bu mobil operator ləğv edilir - NÖMRƏLƏR İŞLƏMƏYƏCƏK 

Rəqəmsal

01 Sentyabr 2025 12:27 6443


“Naxtel” MMC 2025-ci il 1 dekabr tarixindən bütün xidmətlərinin göstərilməsini dayandıracağını açıqlayıb.

“Yeni Sabah” xəbər verir ki, şirkət bu barədə rəsmi sosial şəbəkə hesablarında məlumat verib. 

 Xidmətdən bildirilib ki, abunəçilər istifadə etdikləri nömrələri qorumaq və mobil rabitə xidmətlərindən yararlanmağa davam etmək üçün 2025-ci il 1 oktyabr – 1 dekabr tarixləri arasında ölkədə fəaliyyət göstərən digər mobil operatorlara – “Azercell”, “Bakcell” və “Nar”a müraciət etməlidirlər. Toyuqlu pizza

 Əgər abunəçilər göstərilən tarixədək nömrələrini digər şəbəkəyə keçirməsələr, həmin nömrələr ləğv olunacaq, müqavilələrə xitam veriləcək və aktiv xidmətlər dayandırılacaq. Balansda qalan istifadə edilməmiş vəsaitlər isə silinəcək.

 Əlavə olaraq, silinmiş məbləğlərin geri qaytarılması və ya kompensasiyası nəzərdə tutulmur.

 Nömrələrin daşınması Naxçıvan Muxtar Respublikası ilə yanaşı, Bakı və Gəncə şəhərlərində xüsusi xidmət mərkəzlərində həyata keçiriləcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Hüseyn
    Əla, çox gözəl xəbərdir Bir vətən, bir dövlət və hamı üçün eyni xidmətlər, eyni status Çox gözəl qərardı
    8 months ago