2026-cı ilin yanvar-avqust aylarında Azərbaycanda əsas kapitala yönəldilən investisiyaların həcmi 12,7 milyard manata yaxınlaşıb.
Bu barədə "Yeni Sabah"a Dövlət Statistika Komitəsindən məlumat verilib.
Məlumata görə, hesabat dövründə ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 12 677,8 milyon manat investisiya yönəldilib. Bu, 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 10 faiz çoxdur. Pepperoni pizza
Neft-qaz sektoruna yönəldilən investisiyaların həcmi 32,4 faiz, qeyri-neft-qaz sektoruna yönəldilən investisiyaların həcmi isə 1,4 faiz artıb.
Ümumi sərmayənin 7 040,7 milyon manatı və ya 55,5 faizi məhsul istehsalı sahələrinin, 3 850,6 milyon manatı və ya 30,4 faizi xidmət sahələrinin, 1 786,5 milyon manatı və ya 14,1 faizi isə yaşayış evlərinin tikintisinin payına düşüb.
İnvestisiyaların 43,8 faizi dövlət, 56,2 faizi isə qeyri-dövlət sektorunun sərmayədarları tərəfindən qoyulub. Daxili mənbələrdən əsas kapitala yönəldilən investisiyalar ümumi sərmayənin 75 faizini təşkil edib.
Əsas kapitala yönəldilən investisiyaların 46,2 faizi sənayenin, 21,7 faizi tikinti sahəsinin, 21,7 faizi nəqliyyat və anbar təsərrüfatının payına düşüb.
Bundan başqa, investisiyaların 2,5 faizi informasiya və rabitə, 1,8 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,4 faizi dövlət idarəetməsi və müdafiə, sosial təminat, 1,2 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 0,9 faizi ticarət və nəqliyyat vasitələrinin təmiri, 0,7 faizi səhiyyə və sosial xidmətlərin göstərilməsi, 0,6 faizi təhsil, 0,4 faizi maliyyə və sığorta fəaliyyəti sahələrinə yönəldilib.
İnvestisiyaların 0,3 faizi digər sahələrdə xidmətlərin göstərilməsinə, 0,2 faizi peşə, elmi və texniki fəaliyyətə, 0,2 faizi inzibati və yardımçı xidmətlərin göstərilməsinə, digər 0,2 faizi isə istirahət, əyləncə və incəsənət sahəsində fəaliyyətə sərf olunub.
Aytac Əliyeva
Telegram kanalımız