Azərbaycanda bu şəxslərə   YENİ MƏNZİL VERİLƏCƏK

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda bu şəxslərə YENİ MƏNZİL VERİLƏCƏK

Sosial

30 İyun 2026 01:07 188


Azərbaycanın daha bir rayonunda əlilliyi müəyyən edilmiş bir qrup şəxsə və şəhid ailələrinə yeni mənzillər veriləcək.

"Yeni Sabah" İqtisadiyyat.az-a istinadla xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində fəaliyyət göstərən Sosial Xidmətlər Agentliyi bununla bağlı müvafiq hazırlıq işlərinə başlayıb.

Həyata keçirilən tədbirlərin davamı olaraq sözügedən kateqoriyaya aid şəxslərə Yardımlı rayonunda 10 ədəd üçotaqlı, 18 ədəd ikiotaqlı və dörd ədəd birotaqlı mənzilin verilməsi nəzərdə tutulur. Dominos pizza

Məlumata əsasən, əlilliyi müəyyən olunmuş şəxslərə və şəhid ailələrinə təqdim ediləcək həmin mənzillərin satın alınmasına təxminən 2.6 milyon manata yaxın vəsaitin sərf olunacağı proqnozlaşdırılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!